Tramp və Starmer arasında telefon danışığı

post-img

ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Kir Starmer Yaxın Şərqdə təhlükəsizliyin təminatı üçün birgə işləməyin vacibliyini müzakirə ediblər. Məlumatı “Anadolu” verib. 

Britaniya hökumətinin məlumatına görə, Amerika lideri qardaşı Nikin ölümü ilə bağlı Starmerə başsağlığı verib. Böyük Britaniyanın baş naziri isə Trampı andiçmə mərasimi münasibətilə təbrik edib.

Starmer Qəzza zolağında atəşkəsin təmin edilməsi və məhbusların azad edilməsi üçün göstərdiyi səylərə görə Trampa təşəkkür edib.

Siyasətçilər həm də iki dövlət arasında ticarət-iqtisadi əməkdaşlıq və Yaxın Şərqdə təhlükəsizlik sahəsində birgə işi müzakirə ediblər.

Tramp Britaniya kral ailəsinə sevgisini və ABŞ-Böyük Britaniya münasibətlərinə verdiyi əhəmiyyəti vurğulayıb. Liderlər tezliklə görüşmək barədə razılığa gəliblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya