“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

post-img

“Meta” şirkəti bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq.

AZƏRTAC-ın məlumatına görə, bu barədə şirkətin baş icraçı direktoru Mark Zukerberq açıqlama verib. O, 2025-ci ilin süni intellekt sahəsində həlledici il olacağını bildirib. M.Zukerberq əlavə edib ki, süni intellekt sahəsində çalışacaq qrupların sayı da əhəmiyyətli dərəcədə artacaq.

Şirkət rəhbərinin sözlərinə görə, 2025-ci ildə “Meta” süni intellekt sahəsində 1 milyarddan çox insana xidmət göstərəcək və “Llama 4” qabaqcıl müasir modelə çevriləcək. Zukerberq bildirib ki, “Meta” bu ideyaları reallaşdırmaq üçün böyük, 2 gigavatlıq data mərkəzi qurur.

And içdikdən dərhal sonra ABŞ-ın yeni prezidenti Donald Tramp ölkədə süni intellekt infrastrukturunun qurulması üçün özəl sektora 500 milyard dollar investisiya yatırılacağını açıqlayıb. Tramp bildirib ki, layihə çərçivəsində ABŞ-da 100 min iş yerinin yaradılması gözlənilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Dünya