Mayk Conson yenidən Nümayəndələr Palatasının spikeri seçilib

post-img

CNN, NBC News və Reuters xəbər verir ki, respublikaçı Mayk Conson ikinci dəfə ABŞ Nümayəndələr Palatasının spikeri seçilib.

413 konqresmendən 218-i Consona səs verib - bu, seçki üçün tələb olunan minimum səs çoxluğudur. Daha 215 konqresmen demokrat Hakim Cefrisə səs verib. 

CNN qeyd edir ki, Conson qələbəsinə baxmayaraq, bir əsrdə Nümayəndələr Palatasında ən kövrək çoxluğa görə Konqresdə ciddi problemlərlə üzləşir.

Conson ardıcıl ikinci dəfə Nümayəndələr Palatasının sədri olacaq. O, dekabrın sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən bu vəzifəyə namizəd kimi dəstəklənib. “Spiker Mayk Conson yaxşı, çalışqan, dindar adamdır. O, düzgün olanı edəcək və biz qələbə qazanmağa davam edəcəyik. Mayka mənim tam  dəstəyim var”, - Tramp yazıb.

Yanvarın 3-də ilk dəfə toplaşan yeni Konqresin birinci prioriteti spikerin seçilməsi olub. Noyabrda keçiriləcək seçkilərdən sonra respublikaçılar Konqresin hər iki palatasına - Senat və Nümayəndələr Palatasına nəzarət edəcəklər. Əvvəlki tərkibdə Demokratlar Senata nəzarət edirdi.

S.ELAY

XQ

Dünya