Husilər "sürpriz" vəd edirlər

post-img

Birləşmiş Ştatlar husilərə İsrailə raket və pilotsuz təyyarələrlə hücumu dayandırmağı, bunun müqabilində ABŞ və Amerika koalisiya qüvvələrinin Yəmənə hücumlarını dayandırmağı təklif edib. Bu barədə Haaretz saytı məlumat yayıb.

Qəzetin mənbələrinin məlumatına görə, Yəmən hökuməti bildirib ki, Ağ Ev administrasiyası Omanın vasitəçiliyi və İranın iştirakı ilə Yəmənin İsrailə qarşı hücumlarının dayandırılmasına yönəlmiş hərtərəfli razılığa nail olmaq istəyir. Bunun müqabilində o, yanvarın 20-də hökumət dəyişikliyinə qədər Qəzza zolağında müharibənin dayandırılmasına yönəlmiş hücumların dayandırılmasını və beynəlxalq vasitəçiliyin mümkünlüyünü təklif edir.

Sənadakı bir mənbə Livanın “Əl Əxbar” nəşrinə husi rəhbərliyinin mövqeyini çatdırıb: “Qəzzə ilə bağlı mövqeyimizdə güzəştə yer yoxdur və bu, bir il əvvəlki kimi möhkəm olaraq qalır”.

Husilər “müharibə dayanmasa, Sənada daha çox sürprizlər olacaq” deyə hədələyib. Mənbəyə görə, husi rəhbərliyi “İsrail düşməninə qarşı böyük hərbi əməliyyatlar” hazırlayır.

S.ELAY

XQ

Dünya