Batumidən Moskvaya uçan təyyarə reysləri təxirə salınıb

post-img

Rusiyanın “Azimut” və “Red Wings” aviaşirkətlərinin Batumi Beynəlxalq Hava Limanından Moskva və Jukovskiyə reysləri təxirə salınıb. Həmin istiqamətlərdə uçuşların başqa vaxta keçiriləcəyi bildirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilir ki, “Azimut” Hava Yollarına məxsus Batumi-Moskva reysi yerli vaxtla saat 15:40-da Batumidən uçmalı idi. Lakin təyyarənin uçuş xəttinə çıxmasına bir neçə dəqiqə qalmış uçuş ləğv olunub, sərnişinlər təyyarədən çıxarılıblar.

Bildirilir ki, hava şəraiti ilə əlaqədar təyyarə reysi saat 21:00-da həyata keçiriləcək.

Bundan əlavə, “Red Wings” aviaşirkətinin uçuş vaxtı da dəyişib. Batumi-Jukovski reysi saat 22:20 əvəzinə 2 saat 34 dəqiqə gecikmə ilə həyata keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya