Qazaxıstan BRICS-in tərəfdaş ölkəsi olacaq

post-img

Qazaxıstan 2025-ci il yanvarın 1-dən rəsmən BRICS-in tərəfdaşı olacaq.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Bundan əvvəl Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov 9 ölkənin BRICS dövlətlərarası birliyinin tərəfdaşı olmağa hazır olduğunu açıqlamışdı. Onların arasında Belarus, Qazaxıstan, Özbəkistan, Boliviya, İndoneziya, Kuba, Malayziya, Tailand və Uqanda var.

BRICS doqquz ölkənin - Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiyanın daxil olduğu beynəlxalq birlikdir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Dünya