Təbii indiqo boyalı (adı Hindistanda yetişdirilən eyniadlı bitkidən götürülüb) yapon cinsləri (momotaro jeans) çoxəsrlik tarixə malik olması ilə yanaşı, üstün keyfiyyəti təcəssüm etdirir.
Yaponiyanın cənub-qərbindəki “Momotaro” cins fabrikində istehsal olunan bu geyim növü, əsasən pambıq saplardan işlənib hazırlanır. Pambıq Zimbabve əyalətindən gətirilsə də, təbii boya Yaponiyada istehsal olunur. Bu rəngdən 17-19-cu əsrlərdə yapon xanımlarının milli geyimi olan kimonoların da rənglənməsində istifadə olunurdu.
Momotaro cins geyimləri 2006-cı ildə Yaponiyanın Kojima şəhərində öz sənətkarlıq üslubu ilə tanınmış geyim istehsalçısı Japan Blue tərəfindən yaradılıb. Bu geyimin satış qiyməti 30 min yen, yəni 200 dollara başa gəlir. Markanı özünəməxsus və bahalı edən xüsusiyyətlərdən biri isə onun xüsusi dəzgahda təbii üsulla hazırlanmasıdır. Hazırda paltardan beynəlxalq moda markaları da istifadə edir.
S.FİDAN
XQ