İtaliya Ukraynaya yeni hərbi yardım ayırıb

post-img

İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, hərbi yardım paketinə daxil olan silah-sursat və texnikanın siyahısı İtaliyanın müdafiə naziri Quido Krosetto tərəfindən dekabrın 18-də açıqlanacaq.

Bu, müharibə başlayandan bəri İtaliyanın Ukraynaya ayırdığı 10-cu hərbi yardım paketidir.

Rəsmi Roma, eyni zamanda, Ukraynaya hərbi yardımın 2025-ci ildə də davam etdirilməsi barədə fərman layihəsi hazırlayıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Dünya