Britaniya parlamenti Bayden və Starmeri danışıqları təmin etməyə çağırıb

post-img

Britaniya parlamenti ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Kir Starmeri Rusiya və Ukrayna arasında danışıqları təmin etməyə çağırıb. Bu barədə noyabrın 26-da “Guardian” qəzeti məlumat yayıb.

“Biz Co Bayden və Kir Starmeri bu eskalasiyanı dayandırmağa və Rusiya-Ukrayna danışıqlarını təmin etməyə çağırırıq. Silahlı eskalasiya deyil, diplomatiya və dialoq regionda sülh yolu ilə nizamlanmaya aparan yeganə əlverişli yoldur”, - altı parlament üzvünün rəsmi bəyanatında deyilir.

Siyasətçilər bildiriblər ki, Britaniya hökuməti öz hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürməli və münaqişəni daha da genişləndirməkdən çəkinməlidir.

P.ƏMİRCANOV
XQ

Dünya