ABS uzaqmənzilli silahlarla bağlı məlumatı təsdiqlədi

post-img

ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols prezident Co Baydenin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli silahlardan zərbələr endirmək səlahiyyəti verdiyini təsdiqləyib. Bu, Amerika hakimiyyətinin nümayəndəsi tərəfindən qadağanın götürülməsi barədə məlumatın ilk təsdiqidir.

Xəbəri TASS verib.

Onun sözlərinə görə, bu, Kiyevə müdafiə üçün daha çox imkanlar verəcək və bu da öz növbəsində Moskvanı danışıqlara sövq edəcək. Blinkenin köməkçisi təsdiqləyib ki, Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək səlahiyyəti verib. Məlumatı RİA “Novosti” verib.

“Bu silahlar Ukraynaya özünü müdafiə etmək üçün daha çox imkan verəcək və ümid edirik ki, Rusiya Ukrayna ərazisini ələ keçirmək üçün gücdən istifadənin uğur qazanmayacağını başa düşəcək və bəlkə də sülh danışıqları aparacaq və ya daha yaxşısı, Ukraynanı sadəcə tərk edəcək” – deyə Nikols bildirib.

Media noyabrın 17-də Co Baydenin Ukraynaya Kursk bölgəsinə hücumlar üçün 300 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verdiyini yazıb. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya