Paşinyan Moskva küçələrində velosipedlə gəzib

post-img

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının görüşündə iştirak üçün Moskvaya gələn Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya paytaxtını velosipedlə gəzib. Ermənistan hökumətinin başçısı bu barədə özünün Telegram kanalında danışıb. Məlumatı “Lenta.ru” verib. 

“Moskva çayı boyunca çox gözəl velosiped yolu var və bu gün biz bu yolda velosiped sürdük", - deyə Ermənistan lideri yayımlanan videoda bildirib.

Paşinyan oktyabrın əvvəllərində Fransaya səfəri zamanı Paris küçələrində də velosiped sürmüş, Ermənistana qayıtdıqdan sonra isə 50 kilometr uzunluğunda İrəvan-Eçmiədzin-İrəvan marşrutu ilə hərəkət etmişdi.

Bundan əvvəl Paşinyan Rusiya prezidenti Vladimir Putinə Moskva ilə İrəvan arasında münasibətlərin gücləndirilməsinin vacibliyini bildirib. O, iki ölkə arasında qarşılıqlı anlaşma və etimada əsaslanacaq dialoqun inkişafına ümid etdiyini bildirib.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya