Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiya

post-img

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı “xaricdə sabitliyi pozan hərəkətlərə” görə yeni sanksiyalar rejimini təsdiqləyib. Bu barədə çərşənbə axşamı, oktyabrın 8-də şuranın saytında dərc edilmiş sənəddə bildirilir.

Məlumatı “İzvestiya.ru” verib. 

Yeni çərçivə Aİ-yə imkan verəcək ki, Rusiya hökumətinin “Aİ və ona üzv dövlətlərinin fundamental dəyərlərinə, təhlükəsizliyinə, müstəqilliyinə və bütövlüyünə, habelə beynəlxalq təşkilatların və üçüncü ölkələrin dəyərləri”nə qarşı hərəkətlərdə iştirak edən şəxslərini və təşkilatlarını izləsin.  

Bu siyahıya daxil olan şəxslər və təşkilatların aktivləri dondurulacaq və Aİ-də vətəndaşlar və şirkətlər onlara vəsait verə bilməyəcək. Bundan əlavə, siyahıda olan şəxslərin Aİ ərazisindən keçməsi qadağan ediləcək.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya