Səudiyyə Ərəbistanı BRICS-in Kazan sammitində iştirak edəcək

post-img

Səudiyyə Ərəbistanı BRICS-in Kazanda oktyabrın 22-24-də Rusiyanın sədrliyi ilə keçiriləcək XVI sammitində iştirak edəcək. Bu barədə “İzvestiya.ru” məlumat yayıb. 

“Səudiyyə Ərəbistanı BRICS-in, demək olar ki, bütün formatlarında iştirak edir. Üstəlik, Ər-Riyad oktyabrda Kazanda keçiriləcək birləşmə sammitində təmsil olunacaq. Biz başa düşməliyik ki, BRICS-də iştirak “partiya kartı” demək deyil”, - “İzvestiya”nın mənbəsi qeyd edib.

Amma qəzetin həmsöhbəti ərəb monarxiyasının hansı səviyyədə təmsil olunacağını dəqiqləşdirməyib.

Bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Kazanda keçiriləcək BRICS sammitinə dəvət edib.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya