BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası Əfqanıstandakı vəziyyətin müzakirəsi ilə açılacaq

post-img

Sentyabrın 9-da Cenevrədə BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası işə başlayıb.

Əfqanıstanın BMT İnsan Hüquqları Şurasında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Nəsir Əhməd Andişa qeyd edib ki, Şuranın 57-ci sessiyasında Əfqanıstanda insan hüquqları ilə bağlı vəziyyət əsas müzakirə mövzusu olacaq.

Cari sessiya beynəlxalq ictimaiyyətin Əfqanıstanda insan hüquqları məsələlərinə, xüsusilə Əfqanıstanda qadınların qarşılaşdığı problemlərin həll edilməsinə daimi diqqətini vurğulayır.

Şuranın 57-ci sessiyası çərçivəsində beş həftə ərzində ölkələrdəki 50 vəziyyət və 80-dən çox tematik məruzə nəzərdən keçiriləcək.

Sessiya sentyabrın 9-dan oktyabrın 11-dək Mərakeşin səfiri Ömər Zniberin sədrliyi ilə keçiriləcək.

Dünya