Britaniya hökuməti İlon Maskı qınayıb

post-img

Britaniya Baş nazirinin sözçüsü amerikalı iş adamı, milyarder İlon Maskın ölkədə vətəndaş müharibəsinin qaçılmaz olduğu ilə bağlı şərhini qınayıb.

 

AZƏRTAC xəbər verir ki, İlon Mask Britaniyadaki iğtişaşları əks etdirən və “X” sosial şəbəkəsində “kütləvi miqrasiyanın və açıq sərhədlərin təsiri” başlığı ilə paylaşılan videoya şərh yazıb. O, şərhdə Britaniyada vətəndaş müharibəsinin qaçılmaz olduğunu deyib.

Baş nazirin sözçüsü İlon Maskı qınayıb və belə şərhlərə heç bir əsas olmadığını deyib. O, azlıq təşkil edən bu quldurların Britaniyanın tam şəkildə əks etdirmədiyini vurğulayıb.

Qeyd edək ki, İlon Maskın sahibi olduğu sosial media platforması “X”də yayılan dezinformasiyaların Britaniyadakı ifrat sağçıların iğtişaşlarını və aksiyalarını daha da gücləndirdiyi bildirilir.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London



Dünya