Rusiyada helikopter qəzası: pilotlar həlak olub

post-img

Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri planlı uçuş yerinə yetirərkən qəzaya uğrayıb. Təyyarənin ekipajı həlak olub. Bu barədə iyulun 25-də Rusiya Müdafiə Nazirliyinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

Məlumata görə, helikopter Klenki kəndi yaxınlığındakı meşəyə düşüb.

“Kaluqa vilayətində Mi-28 helikopteri planlı uçuş zamanı qəzaya uğrayıb. Helikopter boş əraziyə düşüb. Nəticədə heç bir dağıntı olmayıb. Ekipaj həlak olub”, - nazirliyin TASS-a istinadən verdiyi məlumatda deyilir.

Müdafiə Nazirliyi qəzanın ilkin səbəbi kimi texniki nasazlığı göstərib.

Qəza yerində əməliyyat qrupu və xilasedicilər işləyir.

Kaluqa vilayətində Mi-28 helikopterinin qəzaya uğraması həmin gün səhər saatlarında məlum olub. Bu barədə vilayətin qubernatoru Vladislav Şapşa məlumat verib. 

 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya