Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında saziş hazırlanıb

post-img

Rusiya və İran nümayəndələri hərtərəfli strateji tərəfdaşlıq sazişinin hazırlanmasını başa çatdırıblar. Bu barədə iyulun 23-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“İyunun 21-də Moskvada iki ölkənin Xarici İşlər nazirliklərinin hüquq və ərazi idarələri ekspertlərinin çox məhsuldar məsləhətləşmələri zamanı sazişin mətnini yekunlaşdırmaq mümkün olub”, - deyə diplomat TASS-a müsahibəsində bildirib. 

Nazir müavini əlavə edib ki, məsləhətləşmələrdən sonra ən yüksək səviyyədə ikitərəfli təmaslardan biri çərçivəsində imzalanmaq üçün sazişin hazırlanması üçün dövlətdaxili prosedurlara başlanması barədə razılıq əldə olunub.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya