Trampa qarşı sui-qəsdin hazırlanması ilə bağlı təfərrüatlar ortaya çıxıb

post-img

İyulun 13-də seçki kampaniyası zamanı ABŞ-ın sabiq prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruks sui-qəsd cəhdindən bir neçə saat əvvəl drondan istifadə edib. Bu barədə The Wall Street Journal və NBC mənbələrə istinadən məlumat yayıb.

KİV-in məlumatına görə, hücum edən şəxs Çinin DJI şirkətinin kamerası olan drondan istifadə edib və bunun sayəsində siyasətçiyə qarşı sui-qəsd planlaşdıra bildiyi iddia edilib.

Trampın mitinqinin yeri və vaxtı məlum olandan az sonra Kruks tədbir üçün qeydiyyatdan keçib və bir neçə gün sonra ətrafa nəzər salmaq üçün kompleksə gəlib. WSJ yazır ki, cinayətkarın pilotsuz təyyarədən əlavə, daha sonra sui-qəsd cəhdi yerinin yaxınlığında park edilmiş avtomobilində partlayıcı maddələr və gülləkeçirməz jilet tapılıb.

O da məlumdur ki, son aylarda Kruks poçtda “təhlükəli materiallar” yazılmış bir neçə bağlama alıb. Gənc internetdə eks-prezidentin mitinqlərinin tarixlərini, həmçinin bu ilin avqustunda Demokratlar Partiyasının qurultayı və ABŞ-ın hazırkı prezidenti Co Bayden haqqında məlumatları axtarıb.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada mitinq zamanı Donald Trampa qarşı sui-qəsd edilib.  Sabiq prezidenti öldürmək istəyən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

S.ELAY

XQ

Dünya