Rusiya və Ukrayna 95-in 95-ə əsir mübadiləsi həyata keçirir.
Rusiya mediası xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Sərbəst buraxılan hərbi qulluqçular Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq.