Venesuelada “Beril” qasırğasından 25 min nəfər zərər çəkib

post-img

Venesuelanın şimal-şərqindəki Sukre əyalətində "Beril" qasırğası nəticəsində azı iki nəfər ölüb, beş nəfər itkin düşüb və 25 min nəfər zərər çəkib.

Bu rəqəmləri Venesuelanın daxili işlər və ədliyyə naziri Remiqio Seballos açıqlayıb. O, axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez sosial media hesabında qeyd edib ki, yaranmış vəziyyətlə əlaqədar nazirlərdən ibarət komissiya Sukreyə yola düşüb.

“Beril” qasırğası çərşənbə axşamı günündən bəri bir neçə şəhərdə ciddi fəsadlara yol açıb, bölgədəki Manzanares çayı məcrasından çıxıb.

Dünya