Orban: Macarlar sülhə səs verdilər

post-img

Avropa Parlamentinə (AP) seçkilərin nəticələri göstərdi ki, macarlar sülh istəyir. Macarıstanın baş naziri Viktor Orban bu barədə iyunun 10-da Budapeştdə tərəfdarları qarşısında çıxışında bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Euractiv” nəşri bildirib ki, səsverməni Ukraynadakı münaqişənin fonunda “sülh və ya müharibə üçün ümumavropa seçkisi” kimi xarakterizə edən Orban israr edib ki, macarlar “açıq şəkildə sülh istədikləri barədə siqnal göndəriblər”.

Orban partiyasının Avropa Parlamenti seçkilərində “yeni müxalifəti” məğlub edə bildiyini vurğulayıb və “yeni müxalifəti” təkrar-təkrar məğlub edəcəyinə söz verib.

Səslərin cəmi 90 faizinin hesablanması ilə hakim Fides Partiyası birinci yeri tutub. Orbanın rəqibi Peter Magyarın Tisza Partiyası 60 faiz fəallıq fonunda 30 faiz səs toplayıb.

P.ƏMİRCANOV
XQ

Dünya