Norveç hökuməti beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Fələstini 1967-ci il sərhədləri daxilində tanıyacağını və qərarın mayın 28-də qüvvəyə minəcəyini bildirib. Xəbəri “Anadolu” verib.
“Norveç hökuməti Fələstinin dövlət kimi tanınması barədə qərar qəbul edib", - Norveçin baş naziri Jonas Gahr Store xarici işlər naziri Espen Barth Eide ilə birgə mətbuat konfransında deyib.
Store, on minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativin qorunub saxlanılmasının vacib olduğunu bildirib. Və bunlar “sülh və təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlətdir” deyə o vurğulayıb.
Bu arada hökumət mesajında vurğulanıb ki, Norveç iki dövlətli həlli, eləcə də Fələstinin bir dövlət kimi tanınmasını dəstəkləyir və təşviq etməyə çalışır.
P.ƏMİRCANOV
XQ