Putin baş nazir vəzifəsinə Mişustinin namizədliyini irəli sürüb

post-img

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin baş nazir vəzifəsinə namizədliyi ilə bağlı Dövlət Dumasına təklif verib. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Xəbəri “İnterfaks.ru” yayıb. 

“Prezident Vladimir Vladimiroviç Putin Dövlət Dumasına Mixail Vladimiroviç Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı təklif təqdim edib”, - Volodin cümə günü Telegram kanalında yazıb.

O qeyd edib ki, “bu gün deputatlar bu məsələ ilə bağlı öz seçiciləri adından məsuliyyətli qərar qəbul edəcəklər”.

Volodin vurğulayıb ki, müasir Rusiya tarixində ilk dəfə olaraq Dövlət Duması hökumətin tərkibini formalaşdıracaq: hökumətin sədrini, onun müavinlərini, federal nazirləri təsdiq edəcək, 2020-ci ildə Rusiya Federasiyasının Konstitusiyasında edilmiş edilmiş dəyişikliklərə əsasən yeni səlahiyyətlərini həyata keçirməli olacaq. 

P.ƏMİRCANOV

XQ

Dünya