G7 ölkələri Rusiya qazından uzaqlaşma istiqamətində işləmək barədə razılığa gəliblər

post-img

G7 ölkələrinin energetika nazirləri Rusiya qazının idxalının tamamilə dayandırılması istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər. Bu barədə onların İtaliyanın Turin şəhərində keçirilən görüşdən sonra yekun bəyanatında bildirilib. Onlar, həmçinin Rusiya Federasiyasının enerji resurslarından asılılığının azaldılmasında irəliləyiş əldə etdiklərinə əmin olublar.

“Biz G7 liderlərinin Rusiyadan tədarük edilən mülki nüvə məhsullarından asılılığı azaltmaq, o cümlədən Rusiyanın təsirindən azad şaxələndirilmiş yanacaq tədarükü zəncirini təşviq etmək və tədarükləri diversifikasiya etmək istəyən ölkələrə kömək etmək öhdəliyini bir daha təsdiqləyirik” - press-relizdə deyilir.

Nazirlər bildiriblər ki, G7 ölkələri enerjiyə qənaət və aşağı qaz tələbatı da daxil olmaqla, “Rusiyanın enerji resurslarından asılılığın azaldılmasında mühüm irəliləyiş əldə ediblər”. Eyni zamanda, G7 təmiz enerjiyə keçidin sürətləndirilməsinin zəruriliyini də qəbul edib. 

2023-cü ilin sentyabrında Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Rusiya qazı üçün qiymət tavanının tətbiqini təklif etmişdi, lakin indiyədək bu məhdudiyyətlər razılaşdırılmayıb. Lüksemburq hakimiyyəti hesab edir ki, qazın qiymətinin yuxarı həddinin tətbiqi Avropa İttifaqını (Aİ) enerjisiz qoya bilər. AK-nin məlumatına görə, 2023-cü ildə Rusiyanın LNG tədarükü 17,8 milyard kubmetr təşkil edib ki, bu da bir il əvvəlkindən 12,6% çoxdur. Rusiya hakimiyyəti əmindir ki, onun enerji resurslarından imtina Aİ iqtisadiyyatını durğunluğa gətirib çıxarıb.

S.ELAY

XQ

 

 

 

Dünya