Suriyanın Haseke əyalətinin Əd-Dəşiş bölgəsində İŞİD terror təşkilatının qərargahı ilə əlaqədə olmaqda şübhəli bilinən 10 nəfər İstanbulda saxlanılıb. Xəbəri “Anadolu” verib.
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan istintaq çərçivəsində Əd-Dəşişdə İŞİD-lə əlaqəsi olan 14 şübhəli barəsində həbs qərarı çıxarılıb.
Bunun ardınca İstanbul polisi şübhəlilər siyahısından on nəfərin saxlanılması üçün uğurlu əməliyyat planlaşdırıb və həyata keçirib.
Cinayət təşkilatına kömək etməkdə şübhəli bilinən qalan 4 nəfərin tutulması istiqamətində əməliyyat davam edir.
P.ƏMİRCANOV
XQ