Britaniya Ali Məhkəməsi WikiLeaks-in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə üzləşəcəyi təhlükəni etiraf edib. Bunu RİA Novosti-yə amerikalı politoloq Keyt Preston deyib.
WikiLeaks-in qurucusu Assanj ABŞ da daxil olmaqla müxtəlif dövlətlərin hökumətlərinin gizli və məxfi materiallarının nəşri ilə məşhurlaşıb. 2019-cu ilə qədər Ekvador səfirliyində təqibdən gizlənib. 2022-ci ildə Böyük Britaniya Daxili İşlər Nazirliyi Vikileaks qurucusunun ABŞ-a ekstradisiyası barədə qərar qəbul edib və orada onu 175 il həbs cəzası gözləyir. İndi o, 52 yaşındadır.
Bundan əvvəl Britaniya Ali Məhkəməsi WikiLeaks-in qurucusu Culian Assanja onun ABŞ-a ekstradisiya qərarına yenidən etiraz etməyə icazə verib.
S.ELAY
XQ