Hollandiyanın Ukraynaya ilk F-16-ları nə vaxt göndərəcəyi məlum olub

post-img

Reuters: Hollandiya ilin ikinci yarısında Ukrayna Silahlı Qüvvələrinə ilk F-16-nın təhvil verildiyini açıqlayıb.

Hollandiya 2024-cü ilin ikinci yarısında Ukraynaya ilk "F-16" qırıcılarını təhvil verməyə hazırlaşır. Bu barədə Reuters agentliyi Ukraynaya səfərinin yekunlarına dair ölkənin Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqrenə istinadən məlumat yayıb.

Nəşr xatırladıb ki, rəsmi nümayəndə “həmrəylik ifadə etmək və yeni yardım paketini elan etmək” üçün ölkəyə səfər edib. Onun sözlərinə görə, "F-16" və müasir pilotsuz kəşfiyyat təyyarələri üçün silahların alınmasına 350 milyon avro xərclənəcək. O, vaxtdan danışarkən qeyd edib ki, ilk təyyarənin Ukraynaya “ilin ikinci yarısında” çatdırılması planlaşdırılır.

Hollandiyada 42 ədəd "F-16" qırıcısı var ki, onlar daha müasir "F-35"lərlə əvəzlənib. Ölkə rəhbərliyi 24-ə qədər təyyarəni Ukraynaya ötürmək, qalan 18-dən isə pilotların hazırlanması üçün istifadə etmək niyyətində olduğunu bildirib.

S.ELAY

XQ

Dünya