ABŞ Prezidenti Co Bayden Hollandiyanın Baş naziri Mark Rüttenin Şimali Atlantika Alyansının (NATO) növbəti rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyir. Bu barədə “İnterfaks.ru” “Politico”ya istinadən xəbər verir .
Adı açıqlanmayan ABŞ rəsmisi nəşrə bildirib ki, Baydenin dəstəyi çox güman ki, daha çox ABŞ müttəfiqini Rüttenin namizədliyini dəstəkləməyə məcbur edəcək. “Politiko” daha əvvəl yazıb ki, NATO ölkələrinin üçdə ikisi Hollandiya baş nazirinin alyansın lideri vəzifəsinə namizədliyini dəstəkləyir.
NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır. NATO müttəfiqləri onun yerinə yekdilliklə qərar verməlidirlər. Bu vəzifəyə istənilən namizəd Türkiyə və Macarıstandan keçməlidir ki, bu da, qəzetin fikrincə, “yeni üzvlərin qəbulu üçün ən böyük maneə”dir.
Nəşr qeyd edir ki, Türkiyə Rütteni dəstəkləməzdən əvvəl təminat istəyib, Macarıstanın isə Hollandiyanın baş naziri ilə çoxdan fikir ayrılıqları var.
Bloomberg yazıb ki, “prinsip etibarı ilə Rüttenin istefa verən baş katib Yens Stoltenberqin yerinə keçməsi Türkiyə rəhbərliyi üçün əlverişlidir”, lakin Ankara hələ ki, onun namizədliyinə razılıq verməyib. Hollandiyanın baş naziri NATO-nun rəhbəri postuna əsas namizəd hesab olunur, hələlik heç bir ölkə onun namizədliyinə qarşı çıxmayıb.
P.ƏMİRCANOV
XQ