Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

post-img

Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Lenar Salimullin Estoniyanın Baş naziri Kaja Kallasın axtarışa verilməsi ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Estoniya XİN-in yaydığı bəyanatda deyilir.

“Estoniyanın Baş naziri Kaja Kallas və dövlət katibi Taimar Peterkopa qarşı cinayət təqibini izah etməsi üçün Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə qurumun sosial media hesabında yazılıb.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi Estoniya və Litvanın bir sıra məmurlarını axtarışa verib. Lakin onların hansı cinayət maddəsi ilə axtarıldığı bildirilmir.

Dünya