Quterreş beynəlxalq institutları islahatlara çağırıb

post-img

BMT-nin Baş katibi Antonio Quterreş müasir dünyanın qarşısında duran vəzifələrin və gələcəkdə yarana biləcək problemlərin həlli üçün beynəlxalq institutları islahatlar aparmağa çağırıb. Məlumatı “İnterfaks.ru” verib. 

“BMT Təhlükəsizlik Şurasından Bretton Woods sisteminə qədər qlobal idarəçiliklə məşğul olan qurumlar 80 il əvvəl yaradılıb. Biz babalarımız üçün nəzərdə tutulmuş sistemlərlə nəvələrimiz üçün gələcək qura bilmərik”, - deyə o, Davos Forumunda bəyan edib.

Quterreş əlavə edib ki, BMT bu il islahatlar proseslərinə diqqəti artıracaq. Xüsusilə, sentyabr ayında təşkilat zəmanəmizin aktual problemlərinə həsr olunmuş Gələcəyin Sammitinə ev sahibliyi edəcək. Bu sammitdə beynəlxalq maliyyə arxitekturasında zəruri islahatlara baxılacaq.

P.ƏMİRCANOV
XQ

Dünya