Hakan Fidan: Kürdüstan Vətənpərvərlər Birliyi PKK-ya isti münasibətini dəyişməlidir

post-img

İraq Kürdüstanı Regional Administrasiyası (KRAI) hökumətinə daxil olan Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) partiyası PKK terror təşkilatına isti münasibətini dəyişməsə, Türkiyə əlavə addımlar atacaq. Bu barədə çərşənbə axşamı Türkiyənin Xarici İşlər naziri Hakan Fidan məlumat verib. Xəbəri “Anadolu” yayıb.

Diplomat Türkiyə parlamentində çıxışı zamanı deyib: “Bizim Süleymaniyyəyə qarşı sanksiyalarımıza baxmayaraq, KYB PKK-ya münasibətini dəyişməsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik”.

Fidan vurğulayıb ki, Türkiyə “PKK terror təşkilatının həm sərhədlərimizdə, həm də onun hüdudlarından kənarda özünü təhlükəsiz hiss etməsinə imkan verməyəcək. Bu terror təşkilatının vaxtı çatıb”.

O qeyd edib ki, Türkiyə PKK terror təşkilatının fəaliyyətinə qarşı mübarizə məsələsində qarşılıqlı anlaşmanın genişləndirilməsi üçün İraq hakimiyyəti ilə məsləhətləşmələr prosesini davam etdirir.

P.ƏMİRCANOV
XQ

Dünya