Yaxın vaxtlarda Ermənistanda Rusiyanın yeni konsulluğunun açılması planlaşdırılır. Bu barədə mətbuata Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib. Məlumatı “Kaliber.az” verib.
Məlumata görə, konsulluq Ermənistanın cənubunda yerləşən Sünik (Zəngəzur - red.) rayonunun inzibati mərkəzi olan Qafanda açılacaq.
Bu konsulluq Rusiya Federasiyasının Ermənistanda Gümrüdən sonra ikinci baş konsulluğu olacaq. Konsulluğun açılışı ilə bağlı konkret tarix açıqlanmayıb.
Rizvan FİKRƏTOĞLU
XQ