Türkiyə Qəzzaya yardımlarını davam etdirir

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə ölkənin Silahlı Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri Qəzza zolağının sakinlərinə çatdırmaq  üçün Misirə humanitar yardım göndərməkdə davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Məlumatı XQ “Anadolu”ya istinadən verib. Yüklər əsasən tibbi ləvazimatlardan ibarətdir.

Məlumata görə, Türkiyə Qəzzaya ümumilikdə dörd humanitar yardım təyyarəsi göndərməyi planlaşdırır.

P.ƏMİRCANOV
XQ

Dünya