Fransada irqçi zorakılıq

post-img

Fransada yerləşən Afrika Mundus beyin mərkəzinin rəhbəri, Fransanın "Thesee" kommunasının bələdiyyə üzvü Emmanuel Argo həmkarlarının irqçi hücumlarına məruz qalır və ölümlə hədələnir.

Müstəmləkədən əziyyət çəkən in­sanlara təzminatın ödənilməsi məsələ­sini qabardaraq, bu barədə Bakıda danışdığını qeyd edən E.Argo irqçi hücumlarla bağlı Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ün­vanlayıb.

Xatırladaq ki, E.Argo bu ilin iyul ayında Bakı Təşəbbüs Qrupunun yara­dılmasına həsr edilmiş tədbirdə iştirak edib.

Müraciətə 17 vətəndaş cəmiyyəti və afrikalıların haqlarının qorunması sahə­sində iş aparan şəxslər də qoşulub.

Məktubda bildirilib ki, Fransada Afri­kadan və bəzi ölkələrdən olan məmur­lar həmkarları tərəfindən diskriminasi­ya və irqçi zorakılığa məruz qalırlar.

E.Argo gördüyü münasibətin Fran­sanın müstəmləkəçilik keçmişindən qalmış ikili standartların bir parçası olduğunu vurğulayıb. O qeyd edib ki, Fransa digər ölkələrə demokratiya dər­si verir, ancaq özü həmin dərsləri yaxşı öyrənməyib.

XQ

Dünya