Ərdoğan Rəisi ilə danışıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla danışıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin X sosial şəbəkəsindəki mesajında ​​deyilir. Məlumatı “Anadolu” verib. 

Danışıqlar zamanı İsrail və Fələstin münaqişəsi fonunda bölgədə artan gərginlik müzakirə edilib. Liderlər yaranmış vəziyyətdən çıxış yolları barədə fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan toqquşmaların tez bir zamanda dayandırılmasının regional və beynəlxalq sabitlik üçün əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Türkiyə Qəzza zolağına humanitar yardımın çatdırılması üçün intensiv səylər göstərir.

Türkiyə dövlət başçısı vəziyyəti daha da gərginləşdirəcək addımlardan çəkinməyə çağırıb. Türkiyə prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı müsbət addımlar İsrail-Fələstin probleminin davamlı həllinə gətirib çıxara bilər.

P.ƏMİRCANOV
XQ

Dünya