2500 Qarabağ ermənisi Ermənistandan xaricə gedib

post-img

Hazırkı məqama qədər Qarabağdan gəlmiş 2500 adam Ermənistanı tərk edib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 

Paşinyan deyib: “Qarabağdan gələnlərdən neçə insanın Ermənistanı tərk etdiyi barədə hər gün məlumat alıram. Artıq 2500 nəfər ölkədən çıxıb”.

O qeyd edib ki, hökumətin siyasəti belədir ki, bu insanlar Ermənistanda qalsın, yaşasın və işləsinlər. 

Baş nazirin müavini Tiqran Xaçatryan isə bildirib ki, artıq 52 600 nəfər 100 min dram (təxminən 250 dollar) birdəfəlik yardım alıb. 

P.ƏMİRCANOV
XQ

Dünya