Pakistanda məsciddə partlayış: onlarla insan həlak olub

post-img

Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məscidin yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 52-yə çatıb, 50-dən çox insan yaralanıb.

Pakistan mətbuatı yazır ki, ölənlərin arasında hüquq-mühafizə işçiləri də var. Bildirilir ki, partlayış kamikadze dronu vasitəsilə törədilib. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya