Ermənistan müxalifəti Paşinyan əleyhinə aksiyaları davam etdirir

post-img

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi aksiyalarını davam etdirir. Məlumatı “İnterfaks.ru” verib.

Dünən Ermənistan müxalifəti Paşinyan və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirəcək milli komitənin yaradıldığını bəyan edib. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, bundan başqa, parlament müxalifəti Paşinyanın impiçmenti prosesinə təşəbbüs göstərir.

Nikol Paşinyan isə bildirib ki, o, heç bir şərtdə hakimiyyətdən əl çəkməyəcək və nəyin bahasına olursa olsun, onu qoruyub saxlayacaq.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya