Böyük Britaniya əlavə olaraq Ukraynaya on minlərlə artilleriya mərmisi vermək niyyətindədir.
Bu barədə "Sky News" kanalı Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şappsın bəyanatına istinadən məlumat yayıb.
Böyük Britaniyanın müdafiə departamentinin rəhbərinin sözlərinə görə, hava hücumundan müdafiə texnologiyası, uzaqmənzilli raketlər, eləcə də Ukrayna Silahlı Qüvvələri üçün təlimlər daxil olmaqla, əlavə yardım barədə razılıq əldə olunub.
Hərbi yardımın çatdırılması yaxın aylarda həyata keçiriləcək.
Rizvan FİKRƏTOGLU
XQ