Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynanın Avropa İttifaqına daxil olmaq üçün əhəmiyyətli irəliləyişin olduğunu açıqlayıb. Bu barədə Ursula fon der Leyen “Bloomberg”ə müsahibə verib.
O qeyd edib ki, mövcud Rusiya-Ukrayna müharibəsi üzvlük məsələsini çətinləşdirib: “Lakin Ukrayna tezliklə Avropa İttifaqı üzv ola biləcək”.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci il fevralın 28-də ölkənin Aİ-yə daxil olması üçün ərizə təqdim edib. İyunun 23-də Kiyev təşkilatda namizəd statusu alıb.
Rizvan FİKRƏTOGLU
XQ