BMT Sudandakı olaylara görə narahatlığını bildirib

post-img

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda, xüsusilə də Cənubi Darfur və Cənubi Kurdufan bölgələrində yaşanan olaylara görə narahat olduğunu bildirib.

Anadolu Agentliyi xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar yardım və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits internet səhifəsində paylaşım edib.

Martin Qriffits  hücumlar nəticəsində çox sayda insanın həyatını itirdiyinə və yurd-yuvalarından didərgin düşdüyünə diqqət çəkib.
Yardım yollarının bağlandığını və ərzaq ehtiyatlarının tükəndiyini vurğulayan Martin Qriffits deyib: "Bütün tərəfləri münaqişəni sona çatdırmağa və yardımların çatdırılmasına icazə verməyə çağırırıq".

Martin Qriffits vurğulayıb ki, BMT xüsusilə Cənubi Darfur və Cənubi Kurdufan bölgələrində artan münaqişələrə görə narahatdır.
BMT-nin Humanitar Koordinasiya Ofisi (OCHA) isə Cənubi Darfur əyalətinin qərbində yerləşən Nyala şəhərində ordu ilə xüsusi təyinatlı qüvvələr arasında baş verən qarşıdurmalarda 60 nəfərin öldüyünü, təxminən 50 min adamın da yurd-yuvalarından didərgin düşdüyünü açıqlayıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya