Almaniyanın dövlət borcu tarixi zirvəyə çatır

post-img

Almaniyanın dövlət borcu 2,37 trilyon avro ilə rekord həddə çatıb. Gazeta.ru yazır ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin mətbuat xidməti öz saytında məlumat yayıb.

Nəşr aydınlaşdırıb ki, 2022-ci ilin sonunda dövlət büdcəsinin Almaniyada və xaricdə banklara və özəl şirkətlərə 2 368 milyard avro borcu var ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 47,1 milyard avro və ya 2% çoxdur. Qeyd olunur ki, söhbət yalnız qeyri-dövlət sektoru qarşısında öhdəliklərdən gedir. Dövlət borcunun artmasının səbəbləri arasında pandemiya və enerji böhranı ilə mübarizə xərcləri var.

Statistika idarəsinin məlumatına görə, Almaniyada adambaşına düşən borc iki il ərzində 244 avro artaraq 28 000 avronu keçib. Rekord göstəricilər Bremen (33 264 avro), Hamburq (17 731 avro) və Berlində (16 564 avro) qeydə alınıb. 

"Xalq qəzeti"

Dünya