Türkiyə İsveçdən real addımlar gözləyir

post-img

NATO üzrə müttəfiqlər terrorizmə qarşı mübarizədə prinsipial mövqe tutmalı və bir-birinə qarşı sanksiyalardan imtina etməlidir. Bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsveçin Şimali Atlantika alyansına üzvlüyünün perspektivləri haqda danışarkən bəyan edib. Məlumatı “Anadolu” verib. 

Hakan bildirib ki, İsveç terrorizmə qarşı mübarizə sahəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edib: “Ancaq Ankara Stokholmun həmin dəyişikliklərin reallaşdırılması istiqamətində praktik addımlar atmasını gözləyir”.

Nazir əlavə edib ki, Tükiyə tərəfi bu ölkə ilə İsveç və Finlandiya arasında imzalanmış Üçtərəfli memorandumun bütün müddəalarının sözsüz yerinə yetiriləcəyinə ümid edir.  

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya