Rusiyada MiQ-31 qırıcısı qəzaya uğrayıb

post-img

MiQ-31 qırıcı təyyarəsi Avaça körfəzi üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Sakit Okean Donanmasının axtarış-xilasetmə qüvvələri artıq ekipaj axtarır.

Bu barədə TASS-a donanmanın mətbuat xidmətindən məlumat verilib.

“İyulun 4-də Kamçatka ərazisində Avaça körfəzinin suları üzərində planlaşdırılmış təlim uçuşunu yerinə yetirərkən MiQ-31 qırıcısı qəzaya uğrayıb. Təyyarə sursatsız uçurdu”, - məlumatda deyilir.

Qeyd olunur ki, Sakit Okean Donanmasının axtarış-xilasetmə qüvvələri artıq qəza yerinə göndərilib, onlar ekipajı axtarırlar.

"Xalq qəzeti"

Dünya