Dmitri Medvedev: Məqsədimiz Ukraynanın NATO-ya üzvlüyünə mane olmaqdır

post-img

Rusiya Ukraynanın NATO-ya üzvlüyü təhlükəsini aradan qaldırmağa çalışır. Belə bir bəyanatla RF Təhlükəsizlik Şirası sədrinin müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”ya müsahibəsində çıxış edib.

O deyib: “Bizim məqsədimiz sadədir – Ukraynanın NATO-ya üzvlüyü təhlükəsini aradan qaldırmaq. Və biz buna nail olacağıq. İstənilən halda”. 

O qeyd edib ki, hazırda fikir belədir ki, münaqişə vəziyyətində Ukraynanı alyansa qıbul etməyəcəklər: “Buradan sadə və kədərli nəticə çıxır: əgər münaqişəli ölkələri NATO-ya qəbul etmirlərsə, deməli, münaqişə permanent olacaq, axı bu, Rusiyanın mövcudluq məsələsidir”.

O, Qərbin rəsmi şəxslərinin səsləndirdiyi belə bir bəyanata da diqqət çəkib ki, guya Rusiya NATO-nun genişlənməsinin qarşısını almaq istəyib, amma alyans İsveç və Finlandiyanın hesabına genişlənib: “Bu ağ yalandır. Biz heç vaxt NATO-nu dayandırmağa çalışmamışıq. Bu, bizim gücümüz və imkanlarımız daxilində deyil, bu iki Skandinaviya ölkəsi isə onsuz da alyansla assosiasiyada idi. Biz həmişə yalnız bir şeyi xahiş etmişik –narahatlıqlarımızı nəzərə alsınlar və bizim ölkəmizin keçmiş hissələrini NATO-ya dəvət etməsinlər. Xüsusilə aramızda ərazi mübahisəsi olan ölkələri”, – deyə Medvedev bildirib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya