Xristian-katolik dünyasının lideri papa Fransisk Stokholmda Quranın yandırılması ilə bağlı hadisədən danışarkən bunun yolverilməz olduğunu və bu kimi hərəkətlərdən hiddətləndiyini və iyrəndiyini bildirib.
“Xalq qəzeti” xəbər verir ki, bu barədə Papa “Əl-İttihad” qəzetinə açıqlamasında deyib.
“Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, - deyə o bildirib.
Anar ƏLİ,
“Xalq qəzeti”