Bayden: Çin münasibətləri bərpa etmək istəyir

post-img

Çin Xalq Respublikasının Sədri Si Cinpin Vaşinqtonla münasibətləri bərpa etmək istəyir. Bu barədə ABŞ Prezidenti Co Bayden Kaliforniyada özünün seçkiqabağı kampaniyası ilə bağlı görüşü zamanı bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

“Biz onun münasibətləri bərpa etmək istəməsi vəziyyəti ilə qarşılaşmışıq. Dövlət katibi Entoni Blinken bu yaxınlarda orada olub, yaxşı iş aparıb, ancaq zaman lazımdır”, – deyə Bayden bildirib. 

ABŞ lideri deyib ki, Çin hazırda real iqtisadi çətinliklər yaşayır. Onun sözlərinə görə, Si Cinpini Vaşinqtonun təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (“Quad”) çərçivəsində (Avstraliya, Hindistan, ABŞ və Yaponiya)  apardığı işlər narahat edir. “Quad” birliyi haqqında təkliflər ÇXR sədrində narahatlıq yaradıb. 

Bayden qeyd edib ki, Si Cinpin ona zəng vurub və buna yol verməməyi xahiş edib. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya