Rusiya yeni model “Volqa”ların istehsalına başlayacaq

post-img

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov mətbuata açıqlamasında deyib ki, Qorki Avtomobil Zavodu (QAZ) yaxın gələcəkdə texniki tərəfdaşlıq haqqında qərar qəbul etmək niyyətindədir. Bu qərar qəbul olunduğu təqdirdə zavod gələn il yeni texnoloji tərəfdaşın dəstəyi ilə “Volqa” brendi altında avtomobillərin istehsalına başlayacaq.

Rusiyalı nazir bildirib ki, yeni avtomobilin hazırlanması təxminən 8-9 ay çəkəcək. 

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya