NATO Gürcüstan üçün xüsusi yardım paketi hazırlayıb

post-img

Böyük Britaniya və Rumıniyanın Gürcüstandakı səfirlikləri bu il Tbilisidə həm də NATO-nun əlaqələndiriciləri kimi fəaliyyət göstərəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib. Onun sözlərinə görə, NATO Gürcüstan üçün xüsusi yardım paket hazırlayıb. Xüsusi paket çərçivəsində tərəflər arasındakı əməkdaşlıq sırf hərbi sahədən kənara çıxaraq kibertəhlükəsizlik və “dezinformasiya ilə mübarizə” sahəsini də əhatə edəcək.

Bildirilir ki, Gürcüstanda demokratiya möhkəmlənir, lakin ölkədə media azadlığının, vətəndaş cəmiyyəti ilə əlaqələrin gücləndirilməsi və məhkəmə sisteminin müstəqilliyinə nail olması istiqamətində fəaliyyətin artırılması zəruridir.

Dünya