"YAŞAT" Fondunun "Hədiyyə Karvanı" layihəsi davam edir

post-img

"YAŞAT" Fondunun təşkilatçılığı ilə növbəti dəfə həyata keçirilən "Hədiyyə Karvanı" layihəsi davam edir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılır. Həmin tarixindən bu günədək layihə çərçivəsində 1344 qutu aidiyyəti üzrə təhvil verilib. Daha 322 qutunun təqdim olunması prosesi isə davam edir. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır. Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!

Qeyd edilib ki, layihənin logistika dəstəkçisi Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics"dir.

Sosial həyat